Hadı Rəcəbli: "Azərbaycan intibah dövrünü yaşayır"

"Azərbaycan islahatlar aparan və sosial məsələrlə ciddi məşğul olan ölkələrdən biridir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, hər bir vətəndaş, vəzifəli adam Azərbaycanda əmin-amanlığı, sabitliyi qorumalıdır.

"Cəmiyyətdə həmişə problemlər, nöqsanlar ola bilər, biz ona nail olmalıyıq ki, Azərbaycanda bu məsələlər həll edilsin. Azərbaycan intibah dövrünü yaşayır. Uğurlarımız olduqca çoxdur və bütün sahələrdə inkişaf var”.

Bütün xəbərlər Facebook səhifəmizdə