Prezident İlham Əliyev böyük uğurlara imza atıb - ŞƏRH EDİLDİ

"Dörd il ərzində cənab Prezident böyük uğurlara imza atıb. Pandemiya zamanı Azərbaycan Prezidenti bütün dünyaya müraciət etdi ki, insanlar koronavirusa qarşı birləşməli və bu xəstəliyə qarşı birgə mübarizə aparmalıdır. Bu çağırışa onlarla ölkə rəhbəri də öz imzasını atıb. Daha sonra Covid-19 xəstəliyinin yüksək səviyyədə yayıldığı dövrdə Prezident İlham Əliyevin atdığı addımlarla Azərbaycan bu xəstəliyi cilovlaya bildi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.


Onun sözlərinə görə, eyni zamanda, bu müddət ərzində Azərbaycan dövləti rəşadətli ordumuz sayəsində 30 ildir işğal altında olan torpaqlarını da geri qaytardı: “Bu torpaqlarda infrastruktur layihələrə başlanma prosesi də həyata keçirilir. Bütün bunlar dünya üçün bir dərs və cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir”.

Rüfət Quliyev sözlərinə belə davam edib: “Hal-hazırda gedən Ukrayna-Rusiya müharibəsi ilə bağlı da Azərbaycan heç bir ölkənin təzyiqi altına düşmədən bitərəf mövqe tutub. Bir tərəfdən Ukraynanın suverenliyini dəstəkləyib, digər tərəfdən də Rusiya ilə münasibətləri pozmadı. Bu da beynəlxalq səviyyədə diplomatik uğurdur.

Azərbaycanın bu dörd ildə gördüyü işlərə dünya da heyran qalıb. Azərbaycan artıq inkişaf prosesindədir və ölkəmiz dayanmadan irəli doğru gedir. Həm daxili, həm də xarici siyasətimiz inkişaf edir. Xarici siyasətə ilk olaraq Azərbaycan-Türkiyə qardaşlığını nümunə gətirmək mümkündür. Dünyada bu cür bir-birini dəstəkləyən başqa iki dost ölkəni misal gətirmək çox çətindir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə