Ersin Tatar və İlham Əliyev arasında görüş olub

Şimali Kıbrıs Türk Respublikasının (ŞKTC) prezidenti Ersin Tatar Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

2050838
Ersin Tatar və İlham Əliyev arasında görüş olub

Şimali Kıbrıs Türk Respublikasının (ŞKTC) prezidenti Ersin Tatar Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Azərbaycan Prezidentinin Administrasiyasından verilən məlumata görə,  görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib.
İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığın inkişafı üçün faydalı platforma olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanın türk dünyasının birliyinə hər zaman töhfə verdiyini və bu ideallara sadiq qalacağını vurğulayıb.
ŞKTR-nın prezidenti Ersin Tatar Bakıda ŞKTR Mədəniyyət və Təqdimat Günlərinin təşkilindən məmnunluğunu ifadə edib və İlham Əliyevə təşəkkür edib.
Turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə Ersin Tatar İlham Əliyevə hədiyyə təqdim edib.



Әlaqәli Xәbәrlәr