Əbülfəz Qarayev mətbuat konfransı keçirəcək


Bakıda III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Sentyabrın 23-25-nə kimi davam edən sərgi-yarmarka mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur.

Qeyd edək ki, sərgi Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının qarşısındakı açıq ərazidə baş tutacaq.

Tədbirlə əlaqədar sentyabrın 20-də Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Axundov adına Milli Kitabxanada mətbuat konfransı keçirəcək.


AzNews.az