Turan Ramiz Mirzəyevin xatirəsini yad etdi (FOTO)
30 октября 2012 14:18
Bu gün “Turan”ın oyunçu və məşqçi heyəti AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin məzarını ziyarət edib. Azerisport.az xəbər verir ki, bu gün mərhumun ölümünün beş ili tamam olur.
Xatırladaq ki, Ramiz Mirzəyev Fuad Musayevdən sonra AFFA-nın ikinci prezidenti olub.
Mirzəyev Ramiz 1954-cü il okyabrın 27-də Azərbaycan Respublikasının Tovuz şəhərində anadan olub. O, 29 dekabr 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Məhz bu vəzifədə çalışarkən 30 oktyabr 2007-ci ildə xərçəng xəstəliyindən vəfat etib.