Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 04:37

Elçin Əfəndiyev "Drujba narodov" jurnalına etiraz etdi


Elçin Əfəndiyev
Elçin Əfəndiyev
-

“Mən əsərdən o zaman xəbər tutdum ki, artıq çap olunmuşdu. Oxuyandan sonra dəhşətə gəldim. Dərhal jurnalın redaksiya heyətinə etiraz etdim. Onlara qəti şəkildə bildirdim ki, nəyə görə, mən redaksiya heyətinin üzvü ola-ola bu məqalənin çap olunmasından xəbərim olmayıb? Dedim ki, niyə oxumaq üçün mənə göndərməmsiz?”.

Bu sözləri Lent.az-a eksklüziv açıqlamasında baş nazirin müavini Elçin Əfəndiyev bildirib.

Elçin Əfəndiyev onu da bildirib ki, etirazının cavabı və özünün bundan sonra həmin heyətdə qalıb-qalmayacağı barədə Redaksiya Heyəti toplandıqdan sonra qərar veriləcək.

Xatırladaq ki, böyük rezonansa səbəb olan sabiq xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” povesti Elçin Əfəndiyevin də redaksiya heyətinin üzvü olduğu “Drujba narodov” jurnalında çap edilmişdi.

“Drujba narodov” jurnalının redaksiya heyətinin üzvləri yazıçı Elçindən başqa Redaksiya Heyətində Ramazan Abdulatipov, Vyaçeslav Ar-serqi, Suxbat Aflatuni, Musa Axmadov, Rezo Qabriadze, Alla Qerber, Denis Qutsko, İvan Dzyuba, Valeriy İsxakov, Aleksandr Klyaçin, Valentin Kurbatov, Olqa Lebeduşkina, David Muradyan, Zaxar Prilepin, Knut Skuenieks, Valeri Turqay, Serqey Filatov və Leonid Yuzefoviç də təmsil olunublar.

Jurnalın baş redaktoru isə Aleksandr Ebonaidzedir.

Əkrəm Əylislinin qalmaqallı əsərindən başqa, Azərbaycandan Anarın “Qırmızı limuzin” və “Ağ Qoç, Qara Qoç” əsərləri, Günel Anarqızının “Kaktus” povesti, Kamal Abdullanın şeirləri, Çingiz Abdullayevin romanı və s. ədəbiyyat nümunələri sözügedən jurnalda çap olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG