"13 nəhs deyil" Ramiz Həsənoğlu - İdris Heydərli
16.04.2021

AzTV, Ədəbi dram redaksiyası,

Gənclər yeni dünya, yeni TV arzusundadırlar,

İl 1996.

Ramiz Mirzəyevin 50 yaşına təbrik filmi hazırlanacaq,
Mailə xanım və Ramiz müəllim qərar alıblar,
Filmi rejissor Elxan Məsimov, müəllif İdris Heydərli hazırlayacaq.
Əhməd montaj etdi,
Hazırdır,
"13 nəhs deyil".
"Sabah" studiyasına rəhbərlik edən Ramiz Mirzəyevi çoxdan, lap çoxdan tanıyırdım.

İlk tanışlığım titirlərdə yazılan adı ilə başlamışdı.

"Topal Teymur","Evləri kondələn yar","Günahsiz Abdulla" və və.. televiziya tamaşalarında adı quruluşçu rejissor kimi yazılardı.
İncəsənət İnstitutunda isə sənət təhsilimlə Ramiz Mirzəyev kimdir, nə edir və nə üçün ediri özüm üçün müəyyən etməyə çalışırdım.
"Yuğ"teatrında isə Vaqif Həsənovun, İbrahimoğlunun "Uzun Ramiz" kimi ad verdiyi sənət dostunun həyat hekayələrini dinlərdim, gördüyü işlərin sənət yozumunu təhlil etdirərdi.
Sonra "Uzun Ramiz"in Televiziyakı həmkarlarının çoxu, yaşıdları olanlarlarla bərabər işləməyə başladım.
Kimdir Ramiz Mirzəyev, Həsənoğlu?
Hər kəs üçün fərqlidir,
Ustadım Rauf Süleyman üçün qardaşıdır,
AzTV üçün tamaşa rejissorudur,
Dostları üçün Uzun Ramizdir,
Tamaşaçıları üçün quruluş verəndir,
Dövlət üçün xalq artistidir,
Bütün bunlar keçicidir, unudulacaq, bitəcəklərdir.

Ramiz Həsənoğlu nə etdi?
Bildiyi bir işi gördü,
Gördüyü işinə Ömrünü verdi.
İşini görmək nə deməkdir?
İşini görən və bilən insanlarla həyat var, görmək, iş görməkdir,
İşinə işıq verməkdir.
Ramiz Həsənoğlu Azərbaycan coğrafiyasında yaşayanlar üçün mədəniyyət işığını qoruyanlardan oldu,
İşini görüb, AzTV-yə fərqli bir işıq gətirdi,
Donmuş pafosları gətirdiyi işıqla darmadağın etdi,
Bu nədir, bu adam nə edir, etirazlarına baxmadı,
Gördü, sadıq olduğu işığı qorumağa Ömür həsr etdi,
Mədəniyyətin qoruyucu, işıq heykəli oldu.
Bu gün 13 apreldir,
Ramiz Həsənoğlunun ad günüdür,
Bir zaman "13 nəhs deyil" deyib, dostlarından müsahibələr alıb, günü qeyd etmışdık,
Bu gün Ramiz Həsənoğlu yenə AzTV-dədir, bir bölümə rəhbərlik edir,
Filmlər çəkir,

Bu gün ad günüdür, təbriklər alır,
Dünən bir işıq kimi parlayan, işıq olan Rejissor Ramiz Həsənoğlu kölgədədir,
Qoruduğu işığın kölgəsindədir,
İllərini verdiyi İşinin işığının sönməsini istəmir.
İşini görən və işini bilənlərlə
Zaman mədəniyytə dönür, məkan, həyat qazanır,

Azərbaycan Mədəniyyət zamanını tanıdığı müddətcə bir Ramiz Həsənoğlu işığını heç unutmayacaq,
Ramiz Həsənoğlu görünməyənləri görünən edən işıq hekayəsidir,
Bu gün O işığa nə yaxşı ki,Varsınız, deyib,

Təbrik edirəm.

Visiontv.az