Rəfael Mirzəyev də FHN şefi kimi MÜFLİSLƏŞİR… – İLGİNC GƏLİŞMƏ

0
85

Turantv.az:- Bir birinin ardından Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova məxsus olan şirkətlərin ya bağlanması, ya da əl dəyişdirməsi ilə bağlı informasiyalr son zamanlar ontensiv xarakter alıb.

DİA.AZ bildirir ki, FHN şefi ilə yanaşı sözügedən nazirliyin daha bir ünlü fiquru – Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfael Mirzəyev də eyni qaydada “itkilərə” məruza qalmaqdadır.

Son xəbərə görə, Bakıda fəaliyyət göstərən “ATL Rent-A-Cars” MMC ləğv olunur. Şirkətin 18.02.2022 tarixində keçirilən ümumi yığıncağında hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edilib.

Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1126, Bakı şəhəri Xətai rayonu, Gəncə pr., ev.77, m.69 ünvana bildirə bilərlər.

Qeyd edək ki, “ATL Rent-A-Cars” MMC 28.08.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi İsmayilov Rauf Ramiz oğludur.

Yerli mətbuatda “ATL Rent-A-Cars” MMC-nin Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfael Mirzəyevin oğlu Rəşad Mirzəyevə məxsus olduğu yazılır.

Xatırladaq ki, ötən günlərdə R. Mirzəyevə məxsus olduğu deyilən daha bir şirkət ləğv olunduğunu elan etmişdi.

Həmin məlumatlarda deyilirdi ki, Bakıda fəaliyyət göstərən “Flexy” MMC ləğv olundu. Şirkətin Ümumi Yığıncağı 14.02.2022 tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edilib.

Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1100, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə, ev.82, m.18 ünvana bildirə bilərlər.

Qeyd edək ki, “Flexy” MMC 25.12.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Valeh Maksumov Ağa Hüseyn oğludur.

Yerli mətbuatda “Flexy” MMC-nin də Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfael Mirzəyevin oğlu Rəşad Mirzəyevə məxsus olduğu yazılır.

Dörünəni odur ki, Kəmaləddin Heydərovun ardından onun müavini də biznes sahəsindən geri çəkilmək zorunda qalıb… və yaxud da buraxılıb.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin