26 Dekabr 2014 15:28
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər kəs öz gəlirlərinə baxaraq, sərbəst hərəkət edir. “Heç kim heç yerə getməsin, hamı öz ölkəsində oturub istirahət etsin” demək də doğru deyil. Xarici ölkəyə də getmək, oraları görmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2014-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında istirahət üçün xarici ölkələrə üstünlük verən azərbaycanlılarla bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, zövqlər müxtəlifdir və istirahət üçün imkanlar olduqca çoxdur: “Siz deyirsiniz ki, qiymətlər baha olduğuna görə insanlar qonşu Gürcüstana daha çox üstülnlük verirlər. Doğrudur, Gürcüstanda xidmət qiymətləri ucuz olan otellər var. Amma bu otellərdəki xidmətlərin keyfiyyəti Şahdağ Qış-Yay Turizm Kompeksində olan otellərin xidmətlərinin keyfiyyətindən fərqlənir. Azərbaycanda qiymətləri həm ucuz, həm də baha qiymətə xidmətlər təklif edən hotellər var. Onların hər birinin də özünün istifadəçisi var. Hazırda Şahdağda yerlər dolub. Eləcə də digər istirahət mərkəzlərimizdə yerlər artıq çox tutulub”.

Nərmin


Müəllif: