1 Fevral 2019 17:16
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru Ramiz Həsənoğlunun (Mirzəyev) bacısı vəfat edib.

Kult.az xəbər verir ki, R.Həsənoğlu bu barədə sosial şəbəkədə yazıb.

“Bu gün səni son mənzilə yola saldıq, bacı, görüşənədək”, - o bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədr əvəzi Rövşən Məmmədov R.Həsənoğlunu Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru təyin edib.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com