Siyasət

  • 2 341

Hadı Rəcəbli: “Ümummilli Lider Heydər Əliyev xarizmatik şəxsiyyət idi" MÜNASİBƏT

image

15 İyun – Milli Qurtuluş Gününün Milli Məclisdə deputatlar tərəfindən qaldırılması və bu məsələnin gündəmə gətirilməsi əlbəttə ki, o tarixi hadisələrə verilən böyük yüksək qiymətdir

“15 İyun – Milli Qurtuluş Gününün Milli Məclisdə deputatlar tərəfindən qaldırılması və bu məsələnin gündəmə gətirilməsi əlbəttə ki, o tarixi hadisələrə verilən böyük yüksək qiymətdir. Əgər biz tarixə nəzərə salsaq görərik ki, o zamanlar Azərbaycanda özbaşınalıq, hərcmərlik, kənardan müdaxilələr nəticəsində kataklizmlər, ölkəmizin dağılması və s. ehtimalı var idi. Təbii ki, bu da bilərəkdən təşkil olunmuşdu. Digər tərəfdən isə anlamadan, bilmədən o zaman hakimiyyətə gələn qüvvələr xarici dairələrin təsiri ilə Azərbaycanın dağılması ehtimalını yaradırdılar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Hadı Rəcəbli deyib.Onun sözlərinə görə, o dövrdə xalqın istəyi, təkidi ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıtması, Milli Məclisə sədr seçilməsi eləcə də bütün bunlardan bir qədər öncə Yeni Azərbaycan Partiyasının yaranması və s. ona yönəldi ki, Azərbaycana lider lazım idi: “Təbii ki, o lider də xalqın qəbul etdiyi, tanıdığı, bildiyi, etibar etdiyi, onu özünə dayaq bildiyi xarizmatik şəxsiyyət idi. Beləcə bu şəxsiyyət də Azərbaycan qayıtdı. Bununla da Ulu Öndərin hakimiyyətə qayıtması Azərbaycanın müstəqilliyə, sabitliyə, inkişafa qayıdışı oldu. Məhz 15 İyun – Milli Qurtuluş Gününün qeyd olunması bununla bağlıdır. Biz o keçmişə zaman-zaman nəzər salanda görürük ki, nə qədər böyük hadisə idi. Nə yaxşı ki, Ümummilli Liderimiz vardı və xalqımız onu başa düşə bildi”.

sia.az

Digər xəbərlər