Elçin Əfəndiyev Fövqəladə Sammitə gedir

elcin-efendiyev-fovqelade-sammite-gedir
Oxunma sayı: 1191

6-7 mart tarixlərində İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının Fələstin Əl-Qüds Əl-Şərif üzrə beşinci Fövqəladə Sammiti keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndələrinin iştirak edəcəyi Sammitdə Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizi baş nazirin müavini Elçin Əfəndiyev təmsil edəcək.

Ümumi müzakirələrin yekununda Fələstin Əl-Qüds Əl-Şərif üzrə Cakarta Bəyannaməsinin qəbulu nəzərdə tutulub.