26 
Okt
2019
12:18
41
596
4934
Virtual karabakh

72 yaşlı Hadi Rəcəbli: Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm

26 Okt, 2019
12:18
4934

72 yaşlı Hadi Rəcəbli: Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parlamentdə yaş məhdudiyyəti yoxdur. Təəssüf ki, əhalinin böyük hissəsi pensiya yaşı deyəndə parlamenti də buna qarışdırır.

Bunu Azvision.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

72 yaşlı komitə sədri 2020-ci ildə keçiriləcək parlament seçkilərində yenidən iştirak etmək istədiyini bildirib.

“Dünyada parlamentarilərin orta yaşı 57-62 arasındadır. Deputatlar bir qədər yaşlı olmalıdır. Bu gün, təəssüf ki, parlamentin ətrafında yalanlar, iftiralar dolanır, bu da siyasi texnologiyaların məhsuludur.

İstərdim ki, jurnalistlər həqiqətləri çatdırsın, fəal deputatla qeyri-fəal deputatı seçə bilsinlər. Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm, deputat aktiv olmalıdır və bunun yaşa heç bir aidiyyəti yoxdur. Əgər təmsil olunduğum partiya namizədliyimi irəli sürərsə, böyük məmnuniyyətlə növbəti dəfə deputat olmaq istəyirəm”, - deyə H.Rəcəbli vurğulayıb.

Qeyd edək ki, Hadi Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri