29 
Yan
2016
12:55
57
45
1893
Virtual karabakh

Əbülfəz Qarayev işləməyən əməkdaşlarını ixtisarlarla hədələdi

29 Yan, 2016
12:55
1893

Əbülfəz Qarayev işləməyən əməkdaşlarını ixtisarlarla hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazir rəhbərlik etdiyi qurumun bir sıra planlarını açıqladı.

Mədəniyyət və Turizm Nazirliyində ötən ilin axırında islahatlar keçirildi, şöbələr dəyişdirildi. Bu proses davam edəcək. Lazım olan yerlədə işləməyən müəssisələr ixtisar olunacaq. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, rəhbərlik etdiyi strukturda işlək və müasir üsullarla çalışan təşkilatların inkişafına təkan veriləcək.

Ə. Qarayev əlavə edib ki, Bakıda növbəti xalça simpoziumu keçiriləcək:

“Bu sahədə müvafiq təşkilatlarla əməkdaşlıq edəcəyik. Amma mən sahibkarlara üzümü tutub demək istəyirəm ki, bu çağırış dövlət tərəfindən olmamalıdır.

Bu, yeni bir biznes fəaliyyəti olmalıdır. Azərbaycan xalçasının inkişafına töhfə verməklə yanaşı, həm də yeni iş yerləri yaradılmalıdır”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri