İdman

"Cim-Bom" 3 ulduzu yenidən heyətinə qatmaq istəyir

30 May 2021 13:52
Baxış: 1 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" icarə müddəti başa çatan 3 futbolçusuna yenidən "sarı-qırmızılı" formanı geyindirmək istəyir.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "Cim-Bom" Jedson Fernandeş, Halil Dervişoğlu və Henry Onyekurunu komandada saxlamaq istəyir. Lakin bu futbolçuları yenidən heyətə cəlb etmək o qədər də asan deyil.

Belə ki, Fernandeş üçün "Benfika" ilə əlaqə saxlayan "aslan", Portuqaliya klubuna 1 milyon avro icarə təklifi göndərib. 

Halilin yaxşı performansını görən "Brentford" isə AVRO-2020-də dəyərinin artması gözlənilən ulduz üçün "Qalatasaray"dan 8 milyon avro istəyib. Klub rəhbərliyi İngiltərə təmsilçisinə fərqli təkliflər etməyə hazırlaşır. 

Onyekuru üçün 4,3 milyon avroluq birbaşa transfer seçimi isə Türkiyə klubu üçün çox bahadır. "Cim-Bom" nigeriyalı futbolçunu 3 milyon avroya heyətinə qatmağı planlaşdırır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.