İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev dühası - 60

1422 24.12.2021 14:44 Yazarlar A A

Bu gün adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran Prezident İlham Əliyevin anadan olmasının 60-cı il dönümü tamam olur.

60 yaş ölkə başçıları üçün o qədər böyük yaş sayılmaz. Əksər siyasi xadimlər bu yaşdan sonra siyasi olimpin ən yüksək zirvəsinə qalxa bilirlər. Dövlətlərin müxtəlif vəzifələrində olduqca mühüm siyasi təcrübələr toplayan siyasi xadimlər hakimiyyətin ən yüksək zirvəsinə yüksələrək ölkəni idarə etmək şansı qazanırlar. Prezident İlham Əliyev isə prezidentlik kürsüsü üçün xeyli gənc sayılan 60 yaşında artıq 18 ildir ki, Azərbaycana rəhbərlik edir. 18 illik prezidentlik təcrübəsi isə hər siyasi liderə nəsib olmur. Sözsüz ki, bu böyük təcrübə Cənab Prezidentə ölkə idarəçiliyi sükanını daha mərahətlə əlində saxlamaq imkanı qazandırır və onun bu qabiliyyəti tarixinin ən kritik dövrünü yaşayan Azərbaycan üçün də böyük şans sayıla bilər. Bu gün Azərbaycan xalqı ölkənin ən bacarıqlı, təcrübəli şəxsi tərəfindən idarə olunmasının rahatlığını yaşayır və bu əhval-ruhiyyə ilə qurub yaradır, iqtisadi inkişaf mərhələsi keçir.

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - Neft və qaz layihələri

Prezident İlham Əliyev 18 illik hakimiyyəti dövründə Azərbaycana çox üstünlüklər qazandırıb. Bu müddət ərzində ölkə iqtisadiyyatının infrastrukturu yenidən qurulub, Bakı-Ceyhan kimi neft, TANAP-TAP kimi qaz kəmərləri çəkilib, Azərbaycanın bütün regionlarını birləşdirən ən müasir yollar, Bakı-Tbilisi-Qars kimi dəmir yolları salınıb. Beləcə, təkcə ölkəmizin deyil, həm də Qərb dünyasının enerji təhlikəsizliyinin kilid məntəqəsinə çevrilən Azərbaycan beynəlxalq ticarət və nəqliyyat xətlərini birləşdirən başlıca keçid nöqtələrindən biri halına gəlib. Xüsusilə son zamanlar beynəlxalq dəniz nəqliyyatının bahalaşdığı, müxtəlif təxribatlara və təbii maneələrə məruz qaldığı bir zamanda Azərbaycanın qlobal ticarət əlaqələrinə qazandırdığı Şərq-Qərb, Şimal-Cənub marşrutları ölkəmizin geo-siyasi əhəmiyyətini daha da artırır və onun böyüməsinə münbit şərait yaradır. Əlbəttə ki, bütün bu dividentlər Prezident İlham Əliyevin uzaqgörən siyasi dühasının Azərbaycana qazandırdığı imkanlarla əldə olunmuşdur və tarixi İpək yolu bərpa olunduqca bunun bəhrələrini görəcəyik.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin doğum günüdür. - Heydər Əliyev Mərkəzlərinin  İnformasiya Portalı

Prezident İlham Əliyevin Azərbaycana bəxş etdiyi ən böyük hədiyyəsi isə 2020-ci ildə Qarabağda qazandığımız qələbədir. 44 gün ərzində Qarabağı erməni işğalçılarından təmizləməyimiz nəinki Azərbaycan, həm də dünya hərb tarixində çox önəmli hadisələrdən hesab olunur. Təsadüfi deyil ki, elmi-tədqiqat mərkəzləri Azərbaycan ordusunun II Qarabağ döyüşlərində ortaya qoyduğu hərbi taktikaları öyrənir və bunu 21-ci əsrin savaş anlayışının müqəddiməsi hesab edirlər. Sirr deyil ki, Azərbaycan 44 günlük savaşda təkcə ermənilərin deyil, həm də onların xarici havadarları üzərində qələbə çalmışdır. Bütün bunların hamısı isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin dərin siyasi-hərbi dühası, uzaqgörən siyasəti nəticəsində baş tutmuşdur. Ali Baş Komandanımız bu dühası ilə son 200 illik tariximizdə heç bir dövlət xadimimizin bacara bilmədiyi uğura imza atmışdır. Məhz onun bu dühası sayəsində Azərbaycan xalqı da Müzəffər Xalq ünvanı qazanmağın qürurunu yaşamaqdadır.

Mən özünün siyasi həyatının ən müdrik çağına qədəm qoyan Müzəffər Ali Baş Komandanımızı səmimi qəlbdən təbrik edir, ona yeni zəfərlər arzulayıram. İnşallah, Azərbaycan İlham Əliyevin dühası sayəsində Zəngəzur dəhlizini də işğaldan azad edib Türk dünyası arasında bağlantıların da əsasını qoyacaq və Turan Birliyinin əsas qurucusu adını qazanacaq.

Mürvət Həsənli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR