Modern.az

Nəticələr açıqlandı: İlham Əliyev 92%-dən çox səs toplayıb - YENİLƏNİB 

Nəticələr açıqlandı: İlham Əliyev 92%-dən çox səs toplayıb - YENİLƏNİB 

Ölkə

8 Fevral 2024, 03:23

Fevralın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

 

Modern.az xəbər verir ki, M.Pənahov 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsinin 6102-dən (93,35 faiz) nəticələrin MSK-ya daxil olduğunu bildirib. Qeyd edib ki, həmin protokollar üzrə etibarlı hesab edilmiş səslərin sayı 4 milyon 651 min 473-ə bərabərdir. Bu, etibarlı səslər namizədlər arasında aşağıdakı kimi bölünüb:

 

Lider namizəd Əliyev İlham Heydər oğlu - 4 milyon 281 min 625 (92,05);

 

Əliyev Fuad Ağası oğlu - 24 min 799 səs (0,53 faiz);

 

Həsənquliyev Qüdrət Müzəffər oğlu - 81 min 799 səs (1,76 faiz);

 

Musayev Elşad Nəbi oğlu - 31 min 33 səs (0,67 faiz);

 

Mustafa Fazil Qəzənfər oğlu - 92 min 980 səs (2 faiz);

 

Nurullayev Razi Qulaməli oğlu - 37 min 386 səs (0,80 faiz);

 

Oruc Zahid Məhərrəm oğlu – 101 min 851 səs (2,19 faiz) toplayıblar.

 

***

23;18

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərində məntəqələrin 54.47 faizindən alınmış məlumatların nəticələrini açıqlayıb.

 

Modern.az xəbər verir ki, mətbuat konfransında bu barədə məlumat verən Məzahir Pənahov deyib:

 

“Bu gün Azərbaycanda 125 seçki dairəsinin hamısında seçkilər baş tutub. İndiyədək Mərkəzi Seçki Komissiyasına 6537 məntəqənin 3561-dən, yəni, 54.47 faizdən daxil olmuş məlumatlara əsasən İlham Əliyev 92.1 faiz səs toplayıb. Etibarlı sayılmış 2 milyon 711 min 804 səsin hesablanmasından sonra Əliyev İlham Heydər oğlu 2 milyon 497 min 542 səs (etibarlı səslərin 92.1 faizi) toplayıb və böyük fərqlə liderlik edir.

 

Yerdə qalan səslər digər namizədlər arasında belə bölünüb:

 

Oruc Zahid Məhərrəm oğlu – 59 min 719 səs (2.2 faiz);

 

Mustafa Fazil Qəzənfər oğlu-53 min 986 səs( 1.99)

 

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 48 min 315 səs (1.78 faiz);

 

Nurullayev Razi Qulaməli oğlu 21 min 406 səs(0.79 faiz);

 

Musayev Elşad Nəbi oğlu 17 min 855 səs (0.66 faiz);

 

Əliyev Fuad Ağasi 12 min 981 səs( 0.48 faiz).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir