Modern.az

Hadi Rəcəbli: “Həmişəki kimi məni ilk təbrik edən həyat yoldaşım olub” - FOTOLOR

Hadi Rəcəbli: “Həmişəki kimi məni ilk təbrik edən həyat yoldaşım olub” - FOTOLOR

Təhsil

25 Oktyabr 2014, 11:43


Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin 67 yaşı tamam olur. Modern.az saytı Hadı Rəcəblini ad günü münasibətilə təbrik edib. Komitə sədri deyib ki, həmişəki kimi səhər saat 10-da işə gəlib:

“Həftə boyu yarımçıq qalan bütün işlərimizi təhlil etməyə çalışıram ki, gələn həftəyə qalmasın”.

Komitə sədrinin sözlərinə görə, onu həmişəki kimi ilk təbrik edən həyat yoldaşı olub: “İkinci təbrik edən isə 18 ildir mənimlə çalışan sürücüm olub”.

Hadi Rəcəbli ad gününü ailə üzvləri ilə bir yerdə qeyd edəcək: “Ailəmiz bir yerə toplaşanda 30 nəfər olur. Nəvələrim, gəlinlərim, qardaş-bacılarım, kürəkənlərlə bir yerdə olacağam. Evə sığışmadığımız üçün kənarda qeyd edəcəyik”.

Hadı Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olub.  Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləyib. 1971-ci ildən Lənkəran rayon Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinskiy raboçiy” qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb.

1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki rayon Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri olub.

O I, II, III və  IV  çağırış Milli Məclisinin deputatı olub.

Hadı Rəcəbli 8 kitabın və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. O, rus və ingilis dillərini bilir.

Evlidir, 4 övladı, 8 nəvəsi var.













Məltəm TALIBZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok