Modern.az

“Məşhurların övladları”: Elçin Əfəndiyevin hüquqşünas qızı

“Məşhurların övladları”: Elçin Əfəndiyevin hüquqşünas qızı

Reportaj

23 Aprel 2014, 10:43

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız Azərbaycan baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızı Humay Əfəndiyeva barəsindədir.

Baş nazirin digər müavini Elçin Əfəndiyev müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri və eyni zamanda ictimai və dövlət xadimidir.
13 May 1943-cü ildə XX əsr Azərbayçan ədəbiyyatının böyük nümayəndələrindən biri, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub.
Elçin Əfəndiyev Bakı Dövlət Universitetinin filologiya fakültəsini, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
Əsərləri müxtəlif xarici dillərə tərcümə edilib.
E.Əfəndiyev Azərbaycan ədəbiyyatına “60-cı illər nəsli”adlandırdığı nəslin nümayəndələrindəndir. 80-cı illərin sonunda onun rəhbərlik etdiyi “Vətən” Cəmiyyəti Azərbaycanda mühacirət tarixinin xeyli qaranlıq məqamlarına işıq saldı.. Cəmiyyətin nəşri olan “Odlar Yurdu”qəzetində İkinci Dünya müharibəsi nəticəsində vətəndən didrəgin düşən, vətən xaini” adının xofu altında gizlənən soydaşlarımızı üzə çıxarılmasında, ailələri ilə əlaqələr yaratmaqda əhəmiyyətli rol oynayıb.  
Azərbaycan Ali Sovetinin deputatı olub.
Elçin Əfəndiyev həm də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür.
1993-cü ildən Baş nazirin müavini vəzifəsini tutan Elçin Əfəndiyev düz 21 ildir eyni hakimiyyət kürsüsündə əyləşir.

Elçin müəllimin üç qızı var – Humay, Günay və Aysu… Yazıçı əsərlərindən birini qızlarının şərəfinə “Aysunun, Humayın, Günayın nağılları” adlandırıb.

Modern.az-ın araşdırması nəticəsində məlum olub ki, Elçin Əfəndiyevin qızı Humay Əfəndiyeva ixtisasca hüquqşünasdır.
Humay Elçin qızı Əfəndiyeva 7 dekabr 1975-ci il tarixində Bakı şəhərində anadan olub. Paytaxtdakı 190 nömrəli orta məktəbi bitirən Humay xanım daha sonra ali təhsil almaq üçün Bakı Dövlət Universitetinə daxil olub. Universitetdə hüquqşünas ixtisasına yiyələnən xanım Əfəndiyeva hazırda elə hüquqi sahədə fəaliyyət göstərir.

Belə ki o, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında məslul vəzifə tutur.

Günay Əfəndiyeva Konstitusiya Məhkəməsinin Aparatında Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində çalışır. O, dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir.
Yeri gəlmişkən, ölkə başçısının 25 iyun 2011-ci il tarixli sərəncamı ilə Humay Əfəndiyeva «Dövlət qulluğunda fərqlənməyə gorə» medalı ilə təltif edilib.
Evlidir, bir qızı, bir oğlu var.


A.Qorxmaz

***

Həmçinin oxu:

Tağı Əhmədovun hakim oğlu

//modern.az/articles/49878/1/

Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/

Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/

Yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/

Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/

Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/

Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/

Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/

Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/

Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/

Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/

Polad Bülbüloğlunun musiqiçi oğlu
//modern.az/articles/53963/1/

Vasif Talıbovun oğlanları - FOTOLAR
//modern.az/articles/54638/1/

Nazim İmanovun diplomat oğlu
//modern.az/articles/54901/1/

Aslan İsmayılovun hüquqşünas oğlu
//modern.az/articles/55364/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək