Modern.az

İlham Əliyev Azərbaycan və Ermənistanın birgə bəyanatından DANIŞDI

İlham Əliyev Azərbaycan və Ermənistanın birgə bəyanatından DANIŞDI

Ölkə

8 Dekabr 2023, 13:20

Azərbaycan ilə Avropa Şurası arasında bu illər ərzində çox sıx əməkdaşlıq formalaşıb.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edərkən deyib.


Prezident İlham Əliyev özünün Avropa Şurası ilə əlaqələrini və Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini məmnunluqla xatırlayıb.

 

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir.

 

Dövlət başçısı vurğulayıb ki, Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır.

 

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək