Azərbaycancaaz
Mir.az » Kitablar » Elçin Əfəndiyev "Ox Kimi Bıçaq" PDF

Elçin Əfəndiyev "Ox Kimi Bıçaq" PDF

Elçin Əfəndiyev "Ox Kimi Bıçaq" PDF
  • Reytinq: 12
  • Şərhlər: 1
Populyarlıq 92% 92%


Diqqət Çəkənlər

Gecə qaranlıq gecə idi, nə ay işığı vardı, nə də ulduz işıldayırdı və qaranlıq elə bil bu saat təkcə bu gecənin qaranlığı deyildi, bütün dünyanın qaranlığı idi; elə bil daha heç vaxt gün çıxmayacaqdı və heç vaxt da işıq deyilən bir şey görünməyəcəkdi. Belə bir intəhasız qaranlıq gecə xofu əmələ gətirmişdi və bu xof elə bil ki, rayonun kimsəsiz küçələrinə, birmərtəbəli, ikimərtəbəli binaların divarlarına, darvazalara, zülmət içində əcaib bir görkəm almış çılpaq ağaclara hopmuşdu; ağaclar elə bil bu dünyanın ağacları deyildi, başqa bir aləmin ağacları idi və pisi bu idi ki, hər tərəfi bürümüş bu gecə xofu yaş idi, sulu idi – sulu qar yağırdı; küçələr başdan-başa suyun içindəydi; evlərin pəncərə şüşəsindən, qapı-bacadan su süzülürdü.
Sulu qarın şırıltısı elə bil ki, həmin qaranlıq qış gecəsinin canına hopmuş xofun səsi idi. Və küçədə yavaş-yavaş boğuq addım səsləri eşidildi, sonra qara paltosunun boynunu qaldırıb şlyapasını gözünün üstünə kimi çəkmiş bir kişi göründü. Kişi addımladıqca onun addım səsləri bomboş küçədə əks-səda verirdi. O, əllərini paltosunun ciblərinə salıb asta addımlarla irəliləyirdi; hərdən ayağı səkidəki sucuğa düşürdü, palçığa, zığa girirdi və bu addımlardan da, onun görkəmindən də belə məlum olurdu ki, bu saat kişinin fikri bu yerlərdən çox-çox uzaqdadı.
Sulu qar elə bil vedrədən tökülürdü, amma həmin qaranlıq gecənin yeganə qonağı bunu heç vecinə almırdı. Külək hərdən qarı onun lap üzünə çırpırdı və o, su damcıları sifətindən axıb tökülənəcən gözlərini açmayıb asta-asta addımlamağında davam edirdi. Birdən nə isə küt bir səs eşidildi və kişi yerində donub qaldı. Onun gözlərinin hədəqəsi birdən-birə genişləndi və bu gözlərdə birdən-birə də bir dəhşət əmələ gədi.
Sonra kişi bir neçə an yerində səndələyib heç əllərini də cibindən çıxarmağa macal tapmadı və üzüstə səkiyə sərildi.
Onun kürəyinin sol tərəfində, paltosunun üstündə yekə bıçaq dəstəyi, həmin qaranlıq qış gecəsində birdən-birə işıldadı.
Dəstəyin altından axan qan, suya qarışıb səki ilə axdı.
Elçin Əfəndiyev "Ox Kimi Bıçaq" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Fuad Məmmədli
    Fuad Məmmədli
    Şərhçi

    Maraqli qisa ve konkret yazilmiş bir eser...Hetta kinosu bele cekilib bu eserin

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar