“Cavanşir Quliyev az sonra əməliyyata girəcək” - Ramiz Mirzəyev
12 fevral 2024 13:44 (UTC +04:00)

“Cavanşir Quliyev az sonra əməliyyata girəcək” - Ramiz Mirzəyev

“Cavanşir Quliyevin həyatı üçün təhlükə yaranmışdı. Lakin həkimlər ümidverici danışır. Bir qədər sonra əməliyyata girəcək. Gözləyirik. Yaxşı olacağına inanıram”.

 Bu sözləri Lent.az-a verdiyi açıqlamada Cavanşir Quliyevin yaxın dostu, xalq artisti, rejissor Ramiz Mirzəyev deyib.

 O, bəstəkarın hansı xəstəlikdən əziyyət çəkməsi barədə məlumat vermək istəməyib.

 Qeyd edək ki, bəstəkar Cavanşir Quliyev bir neçə gün öncə xəstələnərək İstanbulda xəstəxanaya yerləşdirilib. Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.
 

# 3645
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar