Sucəddin Mirzəyev

Əməkdar artist


Sucəddin Qiyas oğlu Mirzəyev 1956-cı il iyunun 9-u Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olub. İlk təhsilini II Yeddioymaq kəndində, hazırda T.Bayraməlibəyovun adını daşıyan orta məktəbdə alıb. 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1977-ci ildə təhsilini tamamlayandan sonra Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlayıb.

Teatr səhnəsində oynadığı rollar: S. Mixalkov “Bahalı oğlan” (Jora Timoxin); H. Abbaszadə “General” (Həzi Aslanov); H. İbsen “Kukla evi” (Doktor Rank); L. Korsunski “Fırıldaqçı” (Ata); Ə. Nesin “İntihar” (Müştaq bəy); Anar “Şəhərin yay günləri” (Namiq); C. Cabbarlı “Sevil” (Balaş); N. Nərimanov “Nadir şah” (Şah Təhmasib); Ə. Haqverdiyev “Bəxtsiz cavan” (Fərhad); S. Vurğun “Vaqif” (Əli bəy); E. L. Voyniç “Ovod” (Ovod); H. Mirələmov “Vicdanın hökmü” (Rəhim); H. Mirələmov “Ləyaqə” (Kolya); X. Murad “Ucalıq” (Mayor); H. Mirələmov “Pənah xan Cavanşir” (Allahqulu); İlyas Əfəndiyev “Büllur sarayda” (Bayandur); A. Zeynalov “Zəncirlənmiş toy-büsat” (Şah); H. Allahyarov “Bir ovuc torpaq” (Azad); Y. Əzimzadə “Nəsrəddin” (Nəsrəddin); Sofokl “Şah Edip” (Edip); Elçin “Mənim sevimli dəlim” (Ədəbi işçi); V. Səmədoğlu “Mamoy kişinin yuxuları” (Fərhad müəllim); M. Xubai “Şeytanın oyunları” (Britannik); Qriqori Qorin “Herostratı unudun” (Herostrat); Əli Vəlioğlu “Əsrlərin harayı” (Harpaq); C. Cabbarlı “Vəfalı Səriyyə” (Səfər); M.F. Axundzadə “Hacı Qara” (Hacı Qara); Əli Fəhmi “Qanlı namə” (Mürşüdqulu xan Ustaclu); Vişnevski “Nikbin faciə” (Odessalı); Beyzai “İlan sultan” (Salnaməçi); K. Abdulla “Casus” (Qazan xan); M. Əliyev “Prokuror” (Səlimxanov); Q. Nəcəfzadə “İki iyirmi üç arasında”.

Sucəddin Mirzəyevin rol aldığı Ü. Hacıbəyovun “Olanlardan-keçənlərdən” və C. Məmmədquluzadənin “Ölülər” tamaşaları Azərbaycan Dövlət Televiziyasının “Qızıl fond”unda saxlanılır.

Rol adlığı filmlər: “Tənha durna uçuşu” (film, 2003); “Durnalar qayıtdı” (film, 2003); “Teatr” (film, 2004); “Susmuş vicdan” (film, 2010); “Sevginin göz yaşları” (teleserial, 2013); “Günəşim ol” (serial, 2016).

25 iyun 2013-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə Əməkdar artist fəxri adına layiq görülüb. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülüb.