SON XƏBƏRLƏR

I–V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sabiq sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru professor Hadı Rəcəbli 76 yaşında vəfat edib.

Rəcəbli Hadı Musa oğlu 25 oktyabr 1947-ci ildə Lənkəran rayonunun Viravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir.

O, “Əmək igidliyinə görə” medalı (1976), “Əmək rəşadətinə görə” medalı (1977), “Şərəf” nişanı (1986), “Şöhrət” ordeni (2007) və İkinci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2017) ilə təltif edilib.

LDU-da tədbir
Aktual

LDU-da COP29 ilə bağlı tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ilə bağlı dəyirmi masa