Əbülfəs Qarayev hazırda nə işlə məşğuldur? – EKSKLÜZİV AÇIQLAMA 

Hazırda oxunan: Əbülfəs Qarayev hazırda nə işlə məşğuldur? – EKSKLÜZİV AÇIQLAMA 

164471

Azərbaycanın ictimai-siyasi həyatında öz fəaliyyəti ilə seçilən sabiq nazirlər, millət vəkilləri, partiya rəhbərləri, ziyalılar, mədəniyyət nümayəndələrinin hazırda hansı fəaliyyətlə məşğul olması ictimaiyyət üçün daim maraqlı olub. Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev də cəmiyyət üçün maraqlı olan ziyalılardan biridir.   

Əbülfəs Qarayev haradadır? 

Bizim.Media-ya eksklüziv açıqlama verən Əbülfəz Qarayev bildirib ki, o, hazırda fəaliyyətini müəllim kimi davam etdirir:  
 

MÖVZU İLƏ BAĞLI:

Sabiq mədəniyyət nazirləri indi haradadır? – ARAŞDIRMA 


“Hazırda Azərbaycan Turizm və Menecement Universitetində dosent kimi fəaliyyət göstərirəm. Mən heç vaxt mətbuatdan gizlənmirəm. Bəzi vaxtlarda Bakıda olmuram. Lakin hazırda paytaxtdayam, bir sıra tədbirlərdə iştirak edəcəm”.  

Qeyd edək ki, Əbülfəz Qarayev 1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb.
2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib, 21 may 2020-ci ildə isə vəzifəsindən azad edilib.   

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO