...

Əbülfəz Qarayev: Azərbaycan Mədəniyyət Nazirliyi ölkə telekanallarının efirində mədəni-maarifləndirmə verilişlərini tənzimləyəcək

Siyasət Materials 21 Sentyabr 2006 19:28 (UTC +04:00)
Əbülfəz Qarayev: Azərbaycan Mədəniyyət Nazirliyi ölkə telekanallarının efirində mədəni-maarifləndirmə verilişlərini tənzimləyəcək

Azərbaycan Turizm və Mədəniyyət Nazirliyi yerli telekanalların efirində mədəni-maarifləndirmə verilişlərini tənzimləyəcək. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Nazir təəssüf hissi ilə qeyd edib ki, bu gün Azərbaycanın efir məkanında milli təfəkkürə, xalqın mədəni-tarixi ənənələrinə zidd bir çox məsuliyyətsiz verilişlər yayımlanır.

"Bu gün Azərbaycan müharibə şəraitində yaşayır və onun mədəniyyəti hər gün Ermənistan tərəfindən təcavüzə məruz qalır. Bu prosesin qarşısını almaq üçün mədəni irsimizin qorunması və düzgün təbliği labüddür", - deyə nazir bildirib.

O qeyd edib ki, nazirliyin qarşısında həmçinin efirin qeyri-professional musiqi və filmlərdən təmizlənməsi məsələsi durur. Oktyabrdan etibarən Mədəniyyət və Turizm Nazirliyi geniş ekranda nümayiş etdirmək üçün ölkəyə gətirilən xarici filmlərin reytinqini aparacaq.

Dünyada azərbaycançılığın təbliği nöqteyi-nəzərindən bütün bu proseslərin tənzimlənməsini vacib hesab edirəm, - deyə Ə. Qarayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti