...

Əbülfəz Qarayev: Azərbaycan turizm ölkələri arasında yeni istiqamətdir

Siyasət Materials 9 Sentyabr 2006 12:11 (UTC +04:00)
Əbülfəz Qarayev: Azərbaycan turizm ölkələri arasında yeni istiqamətdir

Azərbaycan turizm ölkələri arasında yeni istiqamətdir. Trend in xəbər veridyi kimi, bu barədə sentyabrın 9-da İslam Konfransı Təşkilatına üzv ölkələrin turizm nazirlərinin Bakıda keçirilən V konfransının plenar iclasının açılışı zamanı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bəyan edib.

Onun sözlərinə görə, bu konfrans Azərbaycanın turizm imkanlarını bütün dünyaya çatdırmaq üçün şərait yaradır. Konfrans zamanı islam ölkələrində turizmin inkişafı üçün mühüm məsələlərin müzakirə olunacağı gözlənilir. Nazir bildirib ki, turizm islam dövlətləri arasında qardaş münasibətlərin inkişafının, o cümlədən islamın sülhsevər din kimi təbliğində mühüm əhəmiyyət kəsb edir.

"Gülüstan" saryaında keçirilən iclasda İKT ölkələrinin yüksək vəzifəli ekspertləri iştirak edir. Ekspertlər nazirlərin sentyabrın 11-12-də keçiriləcək konfransı zamanı imzalanması planlaşdırılan sənədlərin layihələrini razılaşdıracaq. Bu, Bakı Konfransı Qətnaməsi və Bəyannaməsidir.

Xatırladaq ki, İKT 1969-cu ilin sentyabrında Rabatda (Mərakeş) müsəlman ölkələri və hökumət başçılarının konfransında yaradılıb. Hazırda 57-dən çox dövlət İKT-nin üzvüdür.

Xəbər lenti

Xəbər lenti