...

Prezident İlham Əliyev: 2026-cı ilin sonunda Füzuli rayonunda 22 min insan yaşayacaq

Siyasət Materials 17 Oktyabr 2023 13:16 (UTC +04:00)
Prezident İlham Əliyev: 2026-cı ilin sonunda Füzuli rayonunda 22 min insan yaşayacaq

Bakı. Trend:

Füzuli indi tamamilə yenidən qurulur. Dünən burada olarkən bir neçə önəmli obyektin təməlini qoyduq. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti