Yuxarı

İlham Əliyev Çinarəni səhnəyə dəvət etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Zəngilanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə baş tutan “Dost Aqropark”ın açılış mərasimində müğənni Çinarə Məlikzadə də səhnəyə çıxıb.

Axar.az xəbər verir ki, sənətçi tədbirdə 4 mahnı səsləndirib.

Daha sonra Prezident İlham Əliyev Çinarəni nəzərdə tutaraq “Dəvət edək, bir şəkil çəkdirək” deyə bildirib.

Səhnəyə çıxan Çinarə Məlikzadə prezidentlərə təşəkkür edib. Daha sonra o, sosial media hesabında bunları yazıb:

“Dost Aqropark”ın açılış mərasimində sənətçi olaraq yalnız mənim iştirakım çox qürurverici idi. Bu sevgi və dəvətə görə, şirkətin rəhbəri Mehmet Zeki Tuğrula təşəkkür edirəm. Şükürlər olsun ki, bu gün tarixi torpaqlarımızda, o cümlədən, Zəngilanda bu cür mərasimlər keçirilir. Buna görə şəhidlərimizə, qazilərimizə, ümumilikdə əsgər qardaşlarımıza və Ali Baş Komandanımıza minnətdarıq!

Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyev və daim Azərbaycana qardaşlıq nümayiş etdirən cənab Rəcəb Tayyip Ərdoğanla eyni tədbirdə iştirak etməyin məmnunluğunu yaşayıram! Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”

Tarix
2022.10.21 / 18:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla