Ramiz Mehdiyevlə bağlı yayılan xəbərlərə ailəsindən reaksiya

  • 11:17 - 12 May

Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin vəfat etməsi ilə bağlı informasiyalar yer almaqdadır.

Avopa.info xəbər verir ki, modern.az informasiyanı dəqiqləşdirmək üçün Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə əlaqə saxlayıb. O, yayılan xəbərlərin həqiqət olmadığını deyib:

“Ramiz Mehdiyevlə axşam görüşmüşəm. Səhhəti də normaldır. Şükürlər olsun ki, hər şey qaydasındadır”.

Kürəkəni İlham Əliyev Ramiz Mehdiyevin kabinetində oturub yazılarını yazdığını da xüsusi qeyd edib.


Oxunma sayı: 12948

Oxşar yazılar