Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Cənab general, Afət Mirzəyev adınızdan istifadə edir

25-04-2016, 09:39   
Cənab general, Afət Mirzəyev adınızdan istifadə edir


Bir müddət öncə Masallı rayon DYP şöbəsinin rəisi Afət Mirzəyevlə bağlı dosye.org saytında faktlara əsaslanan məlumatlar yayımlandı. Xatırladaq ki, məqalədə adı hallanan Afət Mirzəyevin ətrafında yaranan qalmaqal onu zərrə qədərdə olsa narahat etmədi. Əksinə, daha da qanunu kobud şəkildə pozmaqdadır.

Özünün dediyinə görə general Ramiz Zeynalov nə qədər vəzifədə var, Afət Mirzəyevdə polisə yaraşmayan hərəkətlərlə gündəmi zəbt edəcək. Məlum oğurluq hadisəsi ilə əlaqədar heç bir araşdırma aparılmadı. Deməli, general faktoru “krişa” olaraq hər zaman A. Mirzəyevin müdafiəsində xüsusi rol oynayacaq. Amma bir faktı unutmaq olmaz ki, qanun hər zaman öz alilliyini qoruyub və qoruyacaq.

Haçı Məmmədov bıabırçılığı Afət Mirzəyevə nümünə olacağını düşünürük. Digər tərəfdən düşündüklərimiz bizi olduqca yanıldır. Dosye.org-ın əldə etdiyi digər bir məlumata görə Afət Mirzəyev rayonda vəzifə səlahiyyətindən kobudcasına sui istifadə edərək sakinləri təngə gətirib. Apardığımız araşdırmalardan məlum oldu ki, yerli DYP-nin rəisi Afət Mirzəyev şəxsi 90 DG 332 “PRADO” markalı avtomaşınla, 44 BP 057 “07” markalı avtomaşını saxlayaraq onu cərmə meydançasına aparıb.

Bu hadisə 22. 04. 2016-cı il tarixində qeydə alınıb.Belə ki, yuxarıda göstərilən avtomaşın rayon ərazisində hərəkət edən zaman Afət Mirzəyev xidməti maşınla deyil, şəxsi avtomaşınla saxla əmri verib. Masallı rayon sakini Kəlbiyev Hikmət Azad oğlu iddia edir ki, heç bir yol hərəkəti qaydalarını pozmadan belə bir problemlə qarşılaşıb. Sən demə, Afət Mirzəyevin “sancıları” şəxsi maraqlarından yaranıb. Beləliklə, rəis Hikmət Kəlbiyevdən 100 manat tələb edib. Bir şərtlə ki, vətəndaş şikayət etməsin.

Mənbəmiz daha sonra əlavə edir ki, Afət Mirzəyev hədə-qorxu yolu ilə bir neçə rayon sakinini “sutkalıqla” hədələyir. Əslində bu cür qanun pozuntuları polis orqanlarında xidmət edən polislərimizə xas olmayan nöqsandır. Görünür, Afət Mirzəyev generala arxalanaraq rayonda hegamonluq edir. Əgər yazdıqlarımız həqiqət deyilsə, Hikmət Kəlbiyev nədən “dayanma-durma” yol hərəkət qaydalarını pozduğuna görə 20 manat banga, 100 manat Afət Mirzəyevə ödəyir?

Dosye.org olaraq inanırıq ki, BDYPİ-nin rəisi cənab Ramiz Zeynalov bundan sonra Afət Mirzəyevin qanunsuz əməllərinə hüquqi qiymət verəcək.

Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar