Ramiz Mirzəyevin yeganə oğlu qəzada həlak oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramiz Mirzəyevin yeganə oğlu qəzada həlak oldu - FOTO

14:40 - 15 / 02 / 2018
Ramiz Mirzəyevin yeganə oğlu qəzada həlak oldu - FOTO

Mərhum AFFA prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev avtomobil qəzasında həlak olub.

1news.az  xəbər verir ki, hadisə ötən gecə Sabirabadın Həşimxanlı kəndində baş verib. 33 yaşlı Anar Mirzəyev  olduğu “Jeep” markalı minik avtomobili su kanalına aşıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Ailənin yeganə övladı olan  Anar Mirzəyev bu gün Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, "Azərneftyağ" neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi. Ramiz Mirzəyev 2007-ci ildə vəfat edib.

Onu da qeyd edək ki, keçən il Hacıqabulda "Toyota Land Cruiser"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat edib.

1news.az  

Paylaş:
3674

Son xəbərlər

Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olubBu gün, 12:16İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışlayıbBu gün, 12:12Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıbBu gün, 11:59Azərbaycan və Bolqarıstan Prezidentlərinin təkbətək görüşü başa çatıbBu gün, 11:57FHN: Ötən sutka 15 yanğına çıxış olubBu gün, 11:32Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:13Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötürBu gün, 11:098 Noyabr proqpekti təmir olunur - NİİM-dən xəbərdarlıqBu gün, 10:48Baş Prokuror: Ulu öndərin Azərbaycanın torpaqlarının azad olunacağına əminliyi var idiBu gün, 10:40Qızıl və gümüş cüzi bahalaşıbBu gün, 10:39ADY-nin qatarları ilə səfər edənlərin sayı artıb - STATİSTİKABu gün, 10:38SR Auto-dan daha bir yenilik! Performans avtomobili, tam elektrikli AVATR tezliklə Bakıda! - FOTOBu gün, 10:26Sabah Bakı metropoliteninin iş rejimi dəyişdiriləcəkBu gün, 10:16Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilərBu gün, 10:16AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçiribBu gün, 10:10Abşeronda bir neçə evdən böyük məbləğdə valyuta və qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanıldıBu gün, 10:01Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:43Bakıda mənzildən meyit tapılıbBu gün, 09:34Bakı şəhəri Nizami rayonunda növbəti park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildiBu gün, 09:32Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:23
Bütün xəbərlər