Ramiz Mirzəyevin yeganə oğlu qəzada həlak oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramiz Mirzəyevin yeganə oğlu qəzada həlak oldu - FOTO

14:40 - 15 / 02 / 2018
Ramiz Mirzəyevin yeganə oğlu qəzada həlak oldu - FOTO

Mərhum AFFA prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev avtomobil qəzasında həlak olub.

1news.az  xəbər verir ki, hadisə ötən gecə Sabirabadın Həşimxanlı kəndində baş verib. 33 yaşlı Anar Mirzəyev  olduğu “Jeep” markalı minik avtomobili su kanalına aşıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Ailənin yeganə övladı olan  Anar Mirzəyev bu gün Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, "Azərneftyağ" neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi. Ramiz Mirzəyev 2007-ci ildə vəfat edib.

Onu da qeyd edək ki, keçən il Hacıqabulda "Toyota Land Cruiser"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat edib.

1news.az  

Paylaş:
3675

Son xəbərlər

TƏBİB: Zaqatalada zəhərlənməyə görə gətirilənlərdən 32-si evə buraxılıbBu gün, 14:13“Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək” - PrezidentBu gün, 14:03Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıbBu gün, 14:02Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıbBu gün, 14:01Prezident: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadırBu gün, 13:56İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 13:54Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çeviriBu gün, 13:51Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - FOTOBu gün, 13:49DSMF Gəncədə ictimai dinləmə keçirəcəkBu gün, 13:36Kamaləddin Qafarov: “Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər”Bu gün, 13:14Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:11Tamstore marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start veribBu gün, 13:00Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİBBu gün, 12:40Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblarBu gün, 12:28Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olubBu gün, 12:16İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışlayıbBu gün, 12:12Azərbaycan və Bolqarıstan Prezidentlərinin təkbətək görüşü başa çatıbBu gün, 11:57FHN: Ötən sutka 15 yanğına çıxış olubBu gün, 11:32Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:13Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötürBu gün, 11:09
Bütün xəbərlər