Elçin Əfəndiyev

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 13.05.1943

Biography

Elçin İlyas oğlu Əfəndiyev (Elçin) Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasında (1968) təhsil alıb. “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, “Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. İlk hekayəsi 16 yaşında “Azərbaycan gəncləri” qəzetində dərc olunub (1959). “Min gecədən biri” adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Müxtəlif dillərdə 100-ə yaxın kitabı nəşr olunub. Azərbaycan Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası Baş Nazirinin müavini (1993-2018), Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Əməkdar incəsənət xadimi (1984), Xalq yazıçısı (1998), filologiya elmləri doktoru, professordur. “İstiqlal” (2003) və “Şöhrət” (2018) ordenləri ilə təltif olunub.

Yazıçı Elçin Əfəndiyev yazıçı İlyas Əfəndiyevin oğludur.

 

x